AZƏRTAC Belçika (Brüssel), Almaniya (Berlin), İsrail (Təl-Əviv) və Misir (Qahirə) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.
"Report" xəbər verir ki, vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.
- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər
- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
- 25-55 yaş arası olmalı;
- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);
- Müvafiq hallarda məntəqənin yerləşdiyi ölkənin dilini bilmək tələb oluna bilər;
- Stresli vəziyyətlərə davamlı olmalı;
- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
- Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
- Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
- Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
- Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
- Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;
Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il noyabrın 1-dək
Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.