"Azərbaycan” Nəşriyyatının direktoruna yeni müşavir təyin edilib
Media
- 26 oktyabr, 2021
- 10:32
"Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.
Əmrə əsasən, Rövşən Şıxlı "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib. O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.
Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə "Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub.
Son xəbərlər
08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (30.04.2026)
Maliyyə08:54
"Bank Respublika" nizamnamə kapitalını artırır
Maliyyə08:53
XİN: "Qlobal Sumud Donanması"ndakı Türkiyə vətəndaşları ilə bağlı lazımi addımlar atılır
Region08:34
"Axios": Tramp İrana qarşı döyüş əməliyyatlarının bərpasını ciddi şəkildə nəzərdən keçirir
Digər ölkələr08:20
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:51
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
Digər ölkələr07:16
Tehran Vaşinqtona növbəti eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib
Region06:58
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
Region06:26