Audiovizual Şura onlayn media subyektləri üçün "Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirib.
"Report" xəbər verir ki, tədbirdə 22 onlayn media subyekti iştirak edib.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Şura və onlayn media subyektləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Aparat rəhbəri, həmçinin telekanallarda aparılan monitorinqlərlə bağlı məlumat verib.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Şuranın fəaliyyəti barədə, eləcə də "Media haqqında" qanunla nəzərdə tutulan sanksiyaların hansı hallarda tətbiq edilməsindən danışıb.
Tədbirdə, eyni zamanda "Audiovizual mediada uşaq hüquqlarının qorunması" kitabı haqqında məlumat verilib. Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı jurnalistlərin etik davranış qaydaları barədə də bəhs olunub.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.