ATV əməkdaşlarının döyülməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

ATV əməkdaşlarının döyülməsi ilə bağlı materiallar prokurorluğa göndərilib DİN məlumat yayıb
Media
6 İyun , 2016 11:17
ATV əməkdaşlarının döyülməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

Bakı. 6 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi(DİN) “Azad Azərbaycan” televiziya kanalının (ATV) əməkdaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyunun 4-də saat 19 radələrində ATV-nin “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi