Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir

Xarici siyasət
  • 19 oktyabr, 2026
  • 14:09
Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir

Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdə Azərbaycanın əhəmiyyətinin ildən-ilə artır və ölkənin Mərkəzi Asiya ilə birləşdirici nəqliyyat-logistika qovşağı kimi rolu möhkəmlənəcək.

Bu barədə "Report"a müsahibəsində Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bildirib.

"Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdə Azərbaycanın əhəmiyyətinin ildən-ilə artdığını hesab edirik. Ətraf ölkələrdə vəziyyətin qeyri-sabit olduğu bir şəraitdə mərkəzi Azərbaycan olan Qafqaz regionu dəniz, quru və hava nəqliyyatı, logistika və insanların hərəkəti baxımından olduqca mühüm regiondur", - o deyib.

Diplomat qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının sammitində rəsmi şəkildə iştirak edir, bu da onun fikrincə, ölkənin regionlar arasında birləşdirici halqa kimi rolunun daha da möhkəmlənməsinə töhfə verəcək.

Vatanabe həmçinin xatırladıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iyun ayında Yaponiyaya səfəri zamanı tərəflər regional və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün Xəzər marşrutu çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.

"Bundan sonra da "bağların gücləndirilməsi" əsas anlayış olmaqla bu istiqamətdə fəaliyyətin genişləndirilməsi gözlənilir", - səfir bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

44 - Tezliklə