“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə "Formula 1"in çəkilişi aparılıb - VİDEO

“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə "Formula 1"in çəkilişi aparılıb - VİDEO 10-12 iyun tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG Helicopter Services” kommersiya aviaşirkətinin müasir “Agusta Westland AW109SP” helikopteri cəlb edilib.
Media
14 İyun , 2022 09:53
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə Formula 1in çəkilişi aparılıb - VİDEO

10-12 iyun tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin peşəkar aeroçəkilişi üçün ilk dəfə olaraq “ASG Helicopter Services” kommersiya aviaşirkətinin müasir “Agusta Westland AW109SP” helikopteri cəlb edilib.

Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Helikopterin bu növü yüksək keyfiyyətli aeroçəkilişin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış foto və video avadanlıqlarla təchiz edilib.

Burada həmçinin istənilən hava və işıqlandırma şəraitində istifadə etməyə imkan verən peyk naviqasiyası sistemi quraşdırılıb.

Formula 1 tədbirinin çəkiliş qrupu helikopterin texniki imkanları, eləcə də müasir aeroçəkiliş avadanlığı sayəsində sürətli yarış avtomobillərinin çəkilişlərini uğurla həyata keçirib. Helikopterdə quraşdırılmış kameranın idarəetmə paneli vasitəsilə yarışın bütün görüntüləri real vaxt rejimində Formula 1-in canlı efirində yayımlanıb.

Aeroçəkiliş həmçinin Formula 1 ekspertlərinə yarış zamanı müxtəlif vəziyyətlərin və ya hadisələrin qiymətləndirilməsi və təhlilində əhəmiyyətli yardım göstərib.

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin peşəkar aeroçəkilişini bu keçid vasitəsilə videoçarxda izləmək mümkündür.

Qeyd edək ki, aviaşirkət kiçik aviasiyada çoxillik iş təcrübəsinə malikdir. ASG Helicopter Services Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir.

Aviaşirkətin helikopterlərinin köməyi ilə birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, FİFA-nın futbol oyunlarının, “Tour de Azerbaijan” velosiped yarışının aeroçəkilişləri həyata keçirilib.

Aviaşirkətin Zabrat hava limanında yerləşən hava gəmiləri parkı Air Ambulance avadanlığı ilə təchiz edilmiş Agusta Westland AW-139, həmçinin Sikorsky S-92A, Leonardo Helicopters AW139, AW109SP, MI-8 AMT, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1 helikopterlərindən, həmçinin Cessna 172S təyyarələrindən ibarətdir.

ASG Helicopter Services şirkətinin işçi heyəti hər zaman sifarişçinin istəklərini maksimal dəqiqliklə, onun zamanı və vəsaitinin minimal sərfi ilə yerinə yetirməyə hazırdır. Aviaşirkət təhlükəsizlik, perspektiv və uzunmüddətli əməkdaşlığı prioritet tutaraq, keyfiyyətli xidmət göstərməkdən məmnundur.

Son xəbərlər

Orphus sistemi