Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb

Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb Türk Mədəniyyəti və İrsi Fondu Qarabağda erməni işğalı nəticəsində məhvə məruz qalan abidələrin bərpası işlərinə başlayıb.
Mədəniyyət siyasəti
4 Oktyabr , 2024 01:57
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb

Türk Mədəniyyəti və İrsi Fondu Qarabağda erməni işğalı nəticəsində məhvə məruz qalan abidələrin bərpası işlərinə başlayıb.

Bunu Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Rayımkulov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) keçirdiyi “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel iclasından sonra “Report”un Türkiyə bürosuna açıqlamasında söyləyib.

O deyib ki, türk xalqların zəngin mədəni irsinin tədqiqi, qorunması, bərpası və təbliği işini həyata keçirən TDT nəzdindəki bu beynəlxalq qurum ümumilikdə Azərbaycan üzrə maddi və qeyri-maddi mədəni dəyərlərin hərtərəfli öyrənilməsi, təbliği və yenilənməsi istiqamətində də fəaliyyətlər həyata keçirir: “Ortaq kimliyimizi qorumaq üçün tarixi və mənəvi mirasımızın qayğısına qalmaq borcumuzdur”.

Xatırladaq ki, ötən ay Rayımkulova Fondun Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpasında iştirak edəcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi