Şuşada "Yaradıcılıq marafonu" start götürüb

Şuşada "Yaradıcılıq marafonu" start götürüb Şuşada "Yaradıcılıq marafonu" start götürüb.
Mədəniyyət siyasəti
2 Dekabr , 2024 21:32
Şuşada Yaradıcılıq marafonu start götürüb

Şuşada "Yaradıcılıq marafonu" start götürüb.

"Report"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova Şuşada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi ilə yanaşı, dekabrın 1-6-sı tarixlərində silsilə tədbirlərin də keçirilməsi gözlənilir:

"Bu tədbirlər arasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcılıq marafonu" xüsusi yer tutur. Bu tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır".

Ü.Zeynalova tədbirin mahiyyətindən də söz açıb:

"Məqsəd gənclərə müxtəlif yaradıcılıq sahələrində şərait yaratmaqdır. Onlarda innovativ və kreativ yanaşma tərzini formalaşdırmaq istəyirik. Onlar dörd sahə: animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradacaqlar".

Son xəbərlər

Orphus sistemi