Somalidən olan nümayəndə: Şuşada təşkil olunan proqram iştirakçılara yaxşı təcrübələr qazandırıb

Somalidən olan nümayəndə: Şuşada təşkil olunan proqram iştirakçılara yaxşı təcrübələr qazandırıb Şuşada təşkil olunan proqram müxtəlif ölkələrdən olan iştirakçılara yaxşı təcrübələr qazandırıb.
Mədəniyyət siyasəti
5 Dekabr , 2024 16:25
Somalidən olan nümayəndə: Şuşada təşkil olunan proqram iştirakçılara yaxşı təcrübələr qazandırıb
Adan Mohamud Ahmed

Şuşada təşkil olunan proqram müxtəlif ölkələrdən olan iştirakçılara yaxşı təcrübə qazanmaq şansı yaratdı.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında iştirak edən Somalidən olan Adan Mohamud Ahmed deyib.

A.M.Ahmedin sözlərinə görə, bu tədbirdə müxtəlif ölkələrdən olan insanlarla tanışlıq imkanı yaranıb:

"Həm azərbaycanlılar, həm də digər qonaqlar mehriban və qonaqpərvər idilər. Bu tədbir həmin insanlarla yaxından tanış olmaq şansı verdi".

O, Azərbaycan mətbəxini çox bəyəndiyini bildirib: "Yeməklərə söz ola bilməz. Burada daddığımız yeni təamlar olduqca ləzzətli idi".

Son xəbərlər

Orphus sistemi