Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib

Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib Latviyanın paytaxtı Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib.
Mədəniyyət siyasəti
10 Noyabr , 2022 15:02
Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib

Latviyanın paytaxtı Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib.

“Report”un Baltikyanı ölkələrdəki bürosu xəbər verir ki, Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Latviyanın siyasi dairələrinin nümayəndələri, burada akkreditə olunmuş diplomatik korpusun üzvləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov salamlama nitqində konsertin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu Zəfər Gününə həsr edildiyini bildirib. O, Şuşa şəhərinin tarixindən, bütövlükdə onun Azərbaycan mədəniyyətinin inkişafı üçün əhəmiyyətindən danışıb.

Latviya Milli Kitabxanasında Azərbaycanın Əməkdar artisti İlham Nəzərov, tanınmış pianoçu Səidə Tağızadə və məşhur tarzən Sahib Paşazadənin ifasında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Fikrət Əmirov, Müslüm Maqomayev və Azərbaycan mədəniyyətinin digər görkəmli nümayəndələrinin əsərləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi