Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib

Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib Qəbələ şəhərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib.
Mədəniyyət siyasəti
9 Avqust , 2024 19:54
Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib

Qəbələ şəhərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, festivalda qonaqlara Qəbələ, İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi “Aspi Agro” MMC, “Xanlar Qəbələ” restoranı, “Qafqaz Qəbələ” MMC kimi işəgötürən müəssisələr də təmsil olunublar. Bununla yanaşı, tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib.

Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Festivalda çıxışlar zamanı peşə təhsilinin ölkənin iqtisadi inkişafındakı strateji rolundan, gənclərin məşğulluq imkanlarının artırılması və peşə təhsilinə olan marağın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi