Bu gün Bakıda Qazax Yurdunda Süyunbay adına Almatı Vilayət Filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub.
Musiqi qrupunun üzvlərindən biri “Report”a bildirib ki, onlar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi şərəfinə Qazaxıstanın mədəniyyət günləri çərçivəsində mədəniyyət və yaradıcılıqlarını nümayiş etdirmək üçün Azərbaycana gəliblər.
“Dost olmağımız çox xoşdur. Hamımız türkdilli xalqlarıq, qardaşıq və ortaq köklərə sahibik”, - o deyib.
Musiqiçilər-multiinstrumentalçılar ansamblı bir sıra qazax xalq əsərlərini ifa ediblər.
Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalının yaxınlığında qazax köçərilərinin ənənəvi yaşayış yeri - yurd quraşdırılıb.
Daha əvvəl bakılılar və şəhərin qonaqları Dənizkənarı Milli Parkda Qazaxıstanın milli yeməklərini – baursakını dadmaq imkanına malik olublar.
Ziyarətçilər həmçinin Qazaxıstanın turizm, o cümlədən etno-turizm sahəsindəki imkanları, dağ-xizək kurortlarına turlar və s. barədə məlumat əldə edə biləcəklər.