Nazirlik mədəniyyət işçilərinin kreativ səriştələrini artıracaq

Nazirlik mədəniyyət işçilərinin kreativ səriştələrini artıracaq Bakı. 5 fevral. REPORT.AZ/ Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə kreativ səriştələrin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq.
Mədəniyyət siyasəti
5 Fevral , 2019 14:37
Nazirlik mədəniyyət işçilərinin kreativ səriştələrini artıracaq

Bakı. 5 fevral. REPORT.AZ/ Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə kreativ səriştələrin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. 

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin keçirəcəyi təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək.

Beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet təşkil edəcək. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicələrə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcək.

Pilləli prinsip (level) əsasında təşkil olunacaq kurslar konkret mədəniyyət sahələri üzrə keçiriləcək. Belə ki, çətinlik dərəcəsinə görə bir-birindən fərqlənən pillələr ilk növbədə əməkdaşların müasir peşə səriştələrinin formalaşmasına xidmət edəcək.

Təlimlər mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsini, habelə, mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə regionlarla yanaşı respublikanın qabaqcıl mədəniyyət müəssisələrində də təşkil olunacaq.

Yeni formatda təşkil ediləcək təlimlərə cəlb ediləcək əməkdaşlar, Mədəniyyət Nazirliyi və Regional Mədəniyyət İdarələri ilə razılaşdırıldıqdan sonra mart ayından etibarən fəaliyyətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi