Azərbaycan qlobal səviyyədə Ukrayna kollektivləri üçün strateji vasitəçi kimi çıxış edə bilər.
“Report” xəbər verir ki, bu barədə təklifi Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostıslav Karandeyev Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdə səsləndirib.
“Azərbaycanın qlobal səviyyədə Ukrayna kollektivləri üçün strateji vasitəçi kimi çıxış edə biləcəyi beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi təklif edilib”, – nazirliyin mətbuat xidmətinin görüşə dair məlumatında bildirilib.
Görüş zamanı nazir mədəni potensialın qorunub saxlanmasının xüsusilə yaradıcı insanlar üçün vacibliyini qeyd edib. O, uşaq və muzey mədəniyyət müəssisələri arasında mübadilə ideyasını dilə gətirib.
Xatırladaq ki, dekabrın 7-də Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostıslav Karandeyev və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev arasında görüş keçirilib.