Azərbaycan İSESKO-nun postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirir.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İSESKO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir:
“Əməkdaşlığımız İSESKO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. İSESKO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır. “Şuşa-2024"ün uğurla yekunlaşması ilə dostluq və mədəni mübadilə əlaqələrimizi daha da gücləndirmək əzmimizi bir daha təsdiqləyirik".