Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın mədəniyyət naziri
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.
Görüş zamanı Azərbaycan və "British Council" arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Ə.Qarayev "British Council" ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini bildirib. Nazir xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin "British Council" ilə ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürdüyünü və "British Council" tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirib. Artıq Mədəniyyət Nazirliyinin "British Council" ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkədə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və hazırda yol xəritəsi layihəsi üzərində iş aparılır. Bununla yanaşı, "British Council" ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə bağlı bir sıra layihələr həyata keçirilib ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək edib.
K.Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkənin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Ə.Qarayev, öz növbəsində, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Həmçinin nazir cari il mayın 2-3-də Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək tədbirdə "British Council"ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd edib.
Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə "British Council" arasında niyyət sazişi imzalanıb. Bu saziş Azərbaycanla "British Council" arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcək.
Görüşün sonunda Ə.Qarayev "British Council"ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.