İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbətləşib

İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbətləşib Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.
Mədəniyyət siyasəti
17 Avqust , 2022 12:56
İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbətləşib

Bu gün Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsinin açılışı zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.

"Report"un xəbərinə görə, sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış etdilər.

Daha sonra isə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi