Bakı. 25 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli qərara dəyişikliklər edib.
"Report"un məlumatına görə, bu barədə qərarı baş nazir
Qərara əsasən İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidindən 430 ştat vahidinə qədər artırılıb. Qərarla habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” yeni redaksiyada verilib: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu: - 1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar). 2. “İçərişəhər” Muzey Mərkəzi. 3. Mənzil-kommunal və Təmir Xidməti. 4. Elmi-istehsalat bərpa emalatxanası. 5. Elmi-mədəni Mərkəz. 6. Marionet Teatrı. 7. Tahir Salahovun ev-muzeyi. 8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi. 9. Ənənəvi İncəsənət Mərkəzi”.
Qeyd edək ki, daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satınalınması üçün təkliflər sorğusuna əsasən “Bakı Xanları evi” bərpa ediləcək.