Gələn ilin aprelində İrpendə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq

Gələn ilin aprelində İrpendə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq "2024-cü ilin aprel ayında Ukraynanın İrpen şəhərində Azərbaycan Mədəniyyəti Günü təşkil olunacaq".
Mədəniyyət siyasəti
4 Oktyabr , 2023 15:58
Gələn ilin aprelində İrpendə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq

"2024-cü ilin aprel ayında Ukraynanın İrpen şəhərində Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq".

Bunu "Report"a müsahibəsində İrpen şəhərinin meri Aleksandr Markuşin deyib.

O, İrpendəki Azərbaycan diasporunun çox fəal olduğunu bildirib: “Onlar tez-tez şəhər meriyasının tədbirlərinə qoşulurlar. Gələn ilin aprel ayında şəhərimizdə Azərbaycan Mədəniyyəti Günləri keçirməyə hazırlaşırıq. Azərbaycanın Ukraynadakı səfiri ilə çox mehriban və isti münasibətlərimiz var, bir çox tədbirləri birlikdə keçiririk. Ukraynaya gələn rəsmi nümayəndə heyətlərinin demək olar hamısı İrpenə də baş çəkir”.

A.Markuşin qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında çox yaxşı dostluq münasibətləri formalaşıb: “Londonda keçirilən forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ukraynanın yenidən qurulmasında iştirak edəcək. Bunu da məhz İrpendən həyata keçirməyə başlayacaq”.

Müsahibənin tam versiyası ilə keçidə daxil olaraq tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi