Elxan Qasımov oğlunun məzarı yanında dəfn olunub - YENİLƏNİB-2

Elxan Qasımov oğlunun məzarı yanında dəfn olunub - YENİLƏNİB-2 Ötən gün dünyasını dəyişən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.
Mədəniyyət siyasəti
30 May , 2023 12:06
Elxan Qasımov oğlunun məzarı yanında dəfn olunub - YENİLƏNİB-2

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımov dəfn olunub.

“Report” xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, E.Qasımovun oğlu rejissor Samir Qasımov 2005-ci ildə 32 yaşında (1973-2005) avtomobil qəzasında dünyasını dəyişib.

11:30

Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərhumun evində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda E.Qasımovun cənazəsi dəfn olunması üçün Xırdalan qəbiristanlığına aparılır.

11:01

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi