Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı olub

Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı olub Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş - irs.gov.az saytının təqdimat mərasimi keçirilib.
Mədəniyyət siyasəti
114
22 Oktyabr , 2021 11:48
Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı olub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş - irs.gov.az saytının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, Dövlət Xidmətinin rəisi Azad Cəfərli saytın yenilənməsini zəruri edən amillərdən danışıb.

Onun sözlərinə görə, məlumatların əlçatanlığı və hadisələrin düzgün işıqlandırılması baxımından veb saytın yaradılması vacib şərtlərdən biridir: "Saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır. Yeni sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq. Bu internet resursu Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatları və bu sahədə olan yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək".

Dövlət Xidmətinin rəisi bildirib ki, saytda ölkə ərazisində mövcud olan daşınmaz tarixi və mədəniyyət abidələri haqqında dolğun informasiyalar yerləşdirilib.

A.Cəfərli qeyd edib ki, yeni sayt “google”ın SEO (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına əsasən hazırlanıb: "Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlərin axtarıldığı zaman saytdakı məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır. Həmçinin saytın mobil versiyası da yaradılıb. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək və yaxın günlərdə istifadəyə veriləcək".

Son xəbərlər

Orphus sistemi