Azərbaycan Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təqdimat verib - YENİLƏNİB

Azərbaycan Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təqdimat verib - YENİLƏNİB Sentyabrın 25-də Qətərin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı başlayıb.
Mədəniyyət siyasəti
25 Sentyabr , 2023 12:31
Azərbaycan Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təqdimat verib - YENİLƏNİB

Sentyabrın 25-də Qətərin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı başlayıb.

Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə Dohada səfərdədir.

A.Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunan 12-ci konfransın açılış mərasimində iştirak edib.

Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Konfransda həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.

11:22

Qətərin paytaxtı Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş və Seneqaldakı səfiri Nazim Səmədov "X" hesabında paylaşım edib.

O, konfrans çərçivəsində yaxşı xəbərlərin gözlənildiyini bildirib.

"Qətərin paytaxtı Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı başlayıb. Yaxşı xəbər gözləyirik!", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi