Bakıda “Avropanın rəngləri” sərgisi açılıb

Bakıda “Avropanın rəngləri” sərgisi açılıb Bakıda “FantazEU 2023” festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Gənc Avropa səfirləri” ilə birgə təşkil etdiyi “Avropanın rəngləri” sərgisinin açılışı olub.
Mədəniyyət siyasəti
19 Dekabr , 2023 18:06
Bakıda “Avropanın rəngləri” sərgisi açılıb

Bakıda “FantazEU 2023” festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Gənc Avropa səfirləri” ilə birgə təşkil etdiyi “Avropanın rəngləri” sərgisinin açılışı olub.

"Report" xəbər verir ki, sərgidə Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəki də daxil olmaqla, ölkənin müxtəlif bölgələrindən olan azərbaycanlı gənclər arasında istedadları üzə çıxarmaq məqsədi ilə qadın rəssam və fotoqrafların əsərləri nümayiş olunub.

Sərginin açılışında Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, həmçinin Aİ ölkələrinin diplomatik missiyalarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Aİ və Azərbaycanın ənənələrini birləşdirən bir sıra maraqlı layihələrin həyata keçirilməsindən hədsiz qürur duyuram. Təşkilatımızla Azərbaycan arasında əməkdaşlıq mədəniyyət və incəsənət əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Şadam ki, bu sərgi bir-birini, xüsusən Azərbaycan qadınlarının Avropanı necə gördüyünü daha yaxından tanımağa şərait yaradacaq. Ümid edirəm ki, sərgi gənc rəssamlar üçün onların yaradıcılıq yolunda tramplin rolunu oynayacaq", - o bildirib.

Aİ səfiri xatırladıb ki, “FantazEU 2023” festivalı Avropanın mədəni irsini nümayiş etdirən illik ənənəyə çevrilib.

Son xəbərlər

Orphus sistemi