Bakı. 12 yanvar. REPORT.AZ/ Populyar turizm bələdçisi "Lonely Planet" qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəcəyi şəhərləri açıqlayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu reytinq artıq dünyanın ən böyük arxitektura mərkəzlərində - Paris, Nyu-York və Londonda olanlara və yeni marşrutlar axtaranlara ünvanlanıb.
Bakı reytinqdə 5-ci yeri tutub. Reytinqi tərtib edənlər turistlərə Azərbaycanın paytaxtında İçərişəhər küçələrində gəzmək, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etmək məsləhət görürlər.
"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub.
"Lonely Planet"in ekspertləri qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-10"a həmçinin Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqonu daxil ediblər.