Azərbaycan və Avropanın mədəniyyət paytaxtları əməkdaşlığı dərinləşdirəcək

Azərbaycan və Avropanın mədəniyyət paytaxtları əməkdaşlığı dərinləşdirəcək Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Avropanın mədəniyyət paytaxtı, Macarıstan Veszprem şəhəri ilə əməkdaşlığı dərinləşdirəcək.
Mədəniyyət siyasəti
30 Sentyabr , 2022 04:03
Azərbaycan və Avropanın mədəniyyət paytaxtları əməkdaşlığı dərinləşdirəcək

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Avropanın mədəniyyət paytaxtı, Macarıstan Veszprem şəhəri ilə əməkdaşlığı dərinləşdirəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tviter hesabında yazıb.

“Mondiacult2022” çərçivəsində Macarıstanın mədəniyyət üzrə dövlət katibi cənab Peter Hoppall ilə görüşdən və ikitərəfli mədəniyyət gündəliyimizi müzakirə etməkdən çox məmnunam. Türk Dünyasının paytaxtı Şuşa və Avropanın mədəniyyət paytaxtı Veszprem arasında əməkdaşlığın dərinləşdirilməsini razılaşdırdıq”, - nazir qeyd edib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının paytaxtı elan edilib. Eyni zamanda Macarıstanın Veszprem şəhəri də Aİ tərəfindən Avropanın mədəniyyət paytaxtı elan edilib.

Son xəbərlər

Orphus sistemi