Nazir: “Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq”

Nazir: “Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq” “Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq”.
Mədəniyyət siyasəti
11 Noyabr , 2023 10:46
Nazir: “Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq”

“Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakı Ekspo Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan dövləti kitab sənayesinə, eləcə də gənc yazarların inkişafına xüsusi diqqət yetirir: “Kitab sərgisi çərçivəsində kitabların toplanması üçün bir sıra vacib tədbirlər görülüb”.

A.Kərimli işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdığı kitabxanalardan da danışıb: “İşğaldan azad olunmuş bölgələrdə kitablar və kitabxanalar ciddi ziyan görüb”.

Nazir vurğulayıb ki, 30 il işğal dövrü ərzində Azərbaycan mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona qədər kitab fondu tamamilə məhv edilib: “Bütün bunların bərpa edilməsi və Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq”.

Qeyd edək ki, sərgi noyabrın 15-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi