Avrasiyanın 33 tanınmış yazıçısı Sumqayıtda olub.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara şəhərin tarixi barədə ətraflı məlumat verib.
Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının çox böyük tədbir olduğunu bildirib.
Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunmasına görə
Qeyd edək ki, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi olub. “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.
Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.
Builki festival 2019-cu ilin
Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.
Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.
“LiFFt-2019” Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.
“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının azərbaycanlı spikerləri Azərbaycanın Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla,
“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerləri Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev (Rusiya), şair, nasir, tərcüməçi, Olştın Universitetinin professoru, mədəniyyət sahəsində hər il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureatı Kşiştov Şatravski (Polşa), yazıçı və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail), əsərləri dünya xalqlarının 40 dilinə tərcümə edilmiş satirik yazıçı, şair, publisist, tərcüməçi, Başqırdıstanın və Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Marsel Səlimov (Rusiya) və başqalarıdır.
Festivalın işi oktyabrın 3-də başa çatacaq.