Ancelina Coli İraqda qaçqın düşərgəsində olub
- 26 yanvar, 2015
- 03:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 yanvar. REPORT.AZ/ Amerikalı aktrisa Ancelina Coli İraq Kürdüstanında yerləşən Dahuk şəhərində suriyalı və iraqlı qaçqınların düşərgəsini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, Ancelina Colinin BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı İdarəsinin xüsusi elçisi qismində 2014-cü ilin sentyabrında son səfərindən bu yana regionda humanitar vəziyyət Suriya və İraqda gərginliyin artması ilə əlaqədar olaraq kəskin şəkildə pisləşib.
"Əvvəlki səfərimdən sonra humanitar vəziyyətin pisləşməsi heyrətləndirir. 2014-cü ildə zorakılıq dalğası səbəbindən iki milyondan çox iraqlı öz ev-eşiyini tərk etmək məcburiyyətində qalıb", - deyə Ancelina Coli bildirib.