"Yaradıcı Sənayelər Federasiyasından gözləntimiz böyükdür".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə bildirib.
Nazir deyib ki, Yaradıcı Sənayelər Federasiyasının yaradılması bizi sevindirir:
"Bu sahədə çalışan insanlarla fəaliyyət önəmlidir. Yaradıcı Sənayelər Federasiyasından gözləntilərimiz böyükdür. Federasiyadan dövlət və özəl sektor arasında körpü rolunu oynamaq, yaradıcı sənayelərdə olan problemləri bu sahədə fəaliyyət göstərən federasiya vasitəsilə öyrənmək, bu sahədə olan yaxşı təcrübələri bizimlə paylaşılması ilə bağlı gözləntilərimiz var. Bu istiqamətdə işlərimiz çoxdur. Böyük ümidlərimiz var ki, Yaradıcı Sənayelər Federasiyası Azərbaycan dövlətinə kömək edəcək".
Nazir deyib ki, yaradıcı sənayelər sahəsində çox önəmli məsələ təchizatların gücləndirilməsi məsələsidir.