Türkiyədə səfərdə olan Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi heyət İstanbul Atatürk Mədəniyyət Mərkəzinin yenidən açılışında iştirak edib.
"Report" xəbər verir ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bir sıra dövlətlərin rəsmiləri qatılıb.
Açılış tədbirində ölkə başçısı R.T.Ərdoğan çıxış edərək, qardaş Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.
Sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qonaqları salamlayaraq, qədim tarixi köklərə malik Türkiyə dövlətinin zəngin mədəniyyətindən söz açıb.
Tədbir "Sinan" operasının nümayişi ilə davam edib.
Qeyd edək ki, 1923-cü ildən etibarən hər il oktyabrın 29-u Türkiyənin Cümhuriyyət Günü kimi qeyd olunur.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfərə gedib.
"Report"un məlumatına görə, nazir bu gün İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.
Açılış Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü gününə təsadüf edir.
Mərasimdə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da iştirak edəcək.