ABŞ səfiri: “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər?
ABŞ səfiri: “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər?ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) ailəsi ilə birlikdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) ailəsi ilə birlikdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
“Novruz mövsümündə “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər? Ailəmlə orada olmaq mənə də nəsib oldu. Biz Azərbaycanın qədim və çoxşaxəli inanc ənənələri ilə tanış olmaqdan çox məmnun qaldıq”, - səfir qeyd edib.
❝There is nothing like visiting Atəşgah and Yanar Dağ during the Novruz season, and I was fortunate to be there together with my whole family. We were impressed to learn about Azerbaijan’s ancient and diverse faith traditions.❞ — Ambassador Libby pic.twitter.com/6bjWugepOC