Azərbaycanın 10 il geridə qalmış muzeyi...

Azərbaycanın 10 il geridə qalmış muzeyi... Milli Azərbaycan Tarix Muzeyinin rəsmi saytının bəzi bölmələrində dəyişiklik yoxdur.
Mədəniyyət siyasəti
19 Sentyabr , 2020 14:48
Azərbaycanın 10 il geridə qalmış muzeyi...
0 : 00
0 : 00

Azərbaycanda 100 yaşlı muzeyin rəsmi saytında məlumatların yenilənməməsi ziyarətçilərin çaşqınlığına səbəb olub.

"Report" xəbər verir ki, söhbət 1920-ci ildən fəaliyyət göstərən Milli Azərbaycan Tarix Muzeyinin rəsmi saytından gedir. 

Belə ki, rəsmi saytın bəzi bölmələrində yenilənmiş məlumatlar yer alsa da, digər bölmələrdə hələ də tarix 2010-2015-ci ili göstərir. Bununla da Azərbaycanda 100 yaşlı muzeyin rəsmi saytı ziyarətçiləri köhnə məlumatlara qonaq edir. 

Ən maraqlı vəziyyət isə "Xoş gəlmisiniz" bölməsində 10 il qabaq - 2010-cu il muzeyin 90 illik yubleyi olması barədə məlumat yer alıb. Yəni sayta girən ziyarətçiyə 100 yaşlı muzeyi 90 yaşlı təqdim edərək yanlış informasiya verilir.

Həmçinin saytın “Tədbirlər”, “Elmi fəaliyyət”, “Elmi maarif”, “Fotoqalereya”, “Mədəniyyət inciləri”, “Muzeyin inciləri” bölmələrində uzun illərdir yeni məlumatlar yoxdur.

“Muzey KİV-də” bölməsindəki məlumatlardan isə elə anlaşılır ki, 2016-cı ildən muzeyin fəaliyyəti barədə heç bir mətbuat orqanında bir cümlə belə məlumat yer almayıb. 

Son xəbərlər

Orphus sistemi