Yuxarı
    Bağlamaq

    Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib və işə piyada getmək qərarına gəlib

    Prezident Administrasiyası ümid edir ki, bir çox məmurlar da böyük Jeeplərdən və digər dəbdəbədən imtina edəcəklər

    Bakı. 17 iyul. REPORT.AZ/ Monqolustanın yeni Prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən "İx Tenger" prezident iqamətgahında yaşamaqdan imtina edib.

    "Report”un "Monqoliya Seyças"a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.

    Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

    Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük "Jeep"lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi