Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib və işə piyada getmək qərarına gəlib

Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib və işə piyada getmək qərarına gəlib Prezident Administrasiyası ümid edir ki, bir çox məmurlar da böyük "Jeep"lərdən və digər dəbdəbədən imtina edəcəklər
Maraqlı
170
17 İyul , 2017 16:03
Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib və işə piyada getmək qərarına gəlib

Bakı. 17 iyul. REPORT.AZ/ Monqolustanın yeni Prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən "İx Tenger" prezident iqamətgahında yaşamaqdan imtina edib.

"Report”un "Monqoliya Seyças"a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.

Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük "Jeep"lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.

Son xəbərlər

Orphus sistemi