Yuxarı

Alimlər "Homo sapiens"in harada yarandığı müəyyənləşdiriblər

Alimlər "Homo sapiens"in harada yarandığı müəyyənləşdiriblər

Sidneydəki Qarvan Tibbi Tədqiqatlar İnstitutunun əməkdaşları müasir insanın ilk əcdadlarının – "Homo sapiens"in nə vaxt və harada yarandığını müəyyənləşdiriblər.

“Report” “Nature”yə istinadən xəbər verir ki, alimlərin qənaətincə, "Homo sapiens sapiens" 200 min il bundan əvvəl Afrikanın cənubunda əmələ gələrək, təqribən, 130 min il sonra, yəni 70 min il bundan əvvəl dünyanın başqa bölgələrinə yayılmağa başlayıb.

Belə ki, Afrikanın cənubundakı bir sıra ölkələrin sakinlərinin mitoxondria genomlarını tədqiq edən alimlər nəticədə müasir insanın məlum olan ən erkən populasiyası olan L0 haploqrupunun kataloqunu tərtib ediblər. Araşdırmalar zamanı "Homo sapiens sapiens" ana soy xəttinin Zambezi çayı hövzəsindən cənubda, yəni müasir Zimbabve, Botsvana, Namibiya respublikalarının yerləşdiyi bölgədə yarandığı, daha sonra iqlim dəyişikliyi üzündən göllər quruduğuna görə başqa bölgələrə köç etməyə başladığı məlum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi