Hitlerin ölümqabağı teleqramı ABŞ-da satışa çıxarılıb - FOTO
Maraqlı
- 24 aprel, 2019
- 18:22
Nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya.ru" məlumat yayıb.
Qeyd edilir ki, Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.
"Mən Almaniya üçün həlledici döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam", - Hitler yazıb.
Hərracda Hitlerin teleqramından başqa Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.
Son xəbərlər
11:38
Azərbaycan və Qambiya ilk siyasi məsləhətləşmə aparıb
Xarici siyasət11:38
TDT üzv ölkələri arasında Kibertəhlükəsizlik Şurasının yaradılması istiqamətində iş aparılır
Region11:36
Bakı metrosunun Xocasən və Dərnəgül depoları üzrə tenderlər keçiriləcək
İnfrastruktur11:34
"Qarabağ" – "Karvan-Yevlax" matçında son 4 mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb
Futbol11:33
Şirvanda 6 nəfərin zəhərləndiyi obyektin fəaliyyəti dayandırılıb, araşdırma başlanılıb - YENİLƏNİB 2
Hadisə11:31
AMB ödəniş təşkilatını cərimələyib
Maliyyə11:31
Ukrayna pilotsuz uçuş aparatları ilə Krımdakı neft bazasına hücum edib
Digər ölkələr11:30
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı silahlı insidentlə bağlı 10 nəfər saxlanılıb
Region11:29