Stradivarinin skripkası “Sotheby's”də 11,25 milyon dollara satılıb
Maraqlı
- 08 fevral, 2025
- 00:20
İtaliyalı sənətkar Antonio Stradivarinin (1644-1737) hazırladığı skripka Nyu-Yorkda “Sotheby's” hərracında 11,25 milyon dollara satılıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hərrac 8 milyon dollardan başlanıb, lakin bu məbləğ bir neçə saniyə ərzində artıb.
Alıcı anonim qalmağı üstün tutub. 1714-cü ildə hazırlanmış “Yoaxim-Ma” skripkası Stradivarinin “qızıl dövrü”nə təsadüf edir.
“O, unikal səsi ilə seçilir – zəngin, mürəkkəb, dərin. <...> Skripkanın “səsi”ni təkcə eşitmək deyil, həm də hiss etmək mümkündür, o, ən incə çalarları açır və hər musiqi frazasına ifadəlilik verir. Bu, əsrlər boyu birinci sinif musiqiçilərin çalmağa can atdığı ən böyük skripkalardan biridir”, – hərracın saytındakı təsvirdə deyilib.
Son xəbərlər
03:07
KİV: ABŞ bütün qoşunlarını Suriyadan çıxarır
Digər ölkələr02:51
Peşekian: İran müharibə etmək istəmir
Region02:17
Foto
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Xarici siyasət01:59
Çempionlar Liqası: "İnter" səfərdə məğlub olub, "Atletik" heç-heçə edib
Futbol01:52
Tramp Starmerdən Dieqo-Qarsiyaya nəzarəti Mavrikiyə verməməyi tələb edib
Digər ölkələr01:20
KİV: Fransada vergidən yayınan minlərlə təsərrüfatçı aşkarlanıb
Digər ölkələr00:50
Sabunçunun bəzi ərazilərində işıq olmayacaq
Energetika00:28
Ukrayna və ABŞ-nin nazirləri maye qaz təchizatını və nüvə enerjisini müzakirə ediblər
Digər ölkələr00:18