Stalinin Moskvadakı malikanəsi hərracda satılıb
Maraqlı
- 03 noyabr, 2023
- 02:49
Ötən əsrin 30-cu illərində İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı “Lipki-Alekseevskoye” malikanəsi 403,5 milyon rubla satılıb.
“Report” xəbər verir ki, hərracda yeganə iştirakçı “Krasnodar MMC Consulting and Law” şirkəti olub, o, əmlakı ilkin qiymətə alıb.
Lotun qiymətinə həmçinin 38 hektar ərazi və ümumi sahəsi 3,8 min kv.m olan daşınmaz əmlak da daxildir.
Qeyd edək ki, mülk 19-cu əsrdə Moskva vilayətinin Mıtişi rayonunda inşa edilib. İosif Stalin sözügedən malikanədə 1932-1934-cü illərdə yaşayıb.
Sonrakı onilliklərdə obyekt dövlət daçası kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib.
Son xəbərlər
10:58
Koşta: Aİ Ermənistanla münasibətlərin dərinləşdirilməsinə hədəflənib
Region10:57
Foto
NDU nəzdində Beynəlxalq Kembric Məktəbində "Mədəniyyət Festivalı" keçirilib
Elm və təhsil10:57
Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub
Futbol10:56
Əməliyyat Şirkəti: WUF13 zamanı daşımalar üçün 171 ədəd elektrikli avtobus seçilib
İnfrastruktur10:55
İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir
Region10:51
FAO: Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək
ASK10:50
WUF13 zamanı "Koroğlu"dan 24 saat fasiləsiz K1 marşrutu həyata keçiriləcək
İnfrastruktur10:47
"Kəpəz"in futbolçusu Premyer Liqada mövsümün rekordunu təkrarlayıb
Futbol10:42