Rusiya Prezidenti Vladimir Putin Sibirdə istirahəti zamanı maraqlı video və foto görüntüləri yayılıb.
“Report” xəbər verir ki, dövlət başçısının istirahəti ilə bağlı görüntüləri “Rossiya 1” telekanalı paylaşıb.
Putin tayqaya qayıtmaq ümidi ilə qəpiyi gölməçəyə atıb.
Dövlət başçısı həmçinin sahildəki quyudan su içib. Putin və müdafiə naziri Sergey Şoyqu açıq hava çay içiblər. Bununla yanaşı, ətraf aləmi, canlıları seyr ediblər.
Prezident bir gün əvvəl müdafiə naziri ilə bir qədər istirahət etmək üçün Sibirə gəlib.
Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Şoyqu tayqa ərazisində avtomobilə miniblər və gəzintiyə çıxdılar. Nazir həmçinin prezidentə ağaclardan hazırladığı əl işlərinin olduğu emalatxanasını göstərib.