İrqçilik irsi ötürülür?

İrqçilik irsi ötürülür? Genlər bizim bərabərlik və ya bəzi insanların digərləri üzərindəki üstünlüyü barədə təsəvvürlərə təsir edir
Maraqlı
7 Avqust , 2020 17:50
İrqçilik irsi ötürülür?

Genlər bizim bərabərlik və ya bəzi insanların digərləri üzərindəki üstünlüyü barədə təsəvvürlərə təsir edir.

“Report” xəbər verir ki, bu qənaətə Norveçin Oslo Universitetinin alimləri gəlib.

“Bənzər fikir sisteminə malik insanlar həm də oxşar genlərə sahibdirlər”, - araşdırmanın həmmüəlifi Tomas Haarklau Kleppestö bildirib.

Araşdırmada orta yaşı 63,5 olan norveçli identik və qeyri-identik əkizlər iştirak edib. Onlardan sosial dominantlıq oriyentasiasını (SDO) qiymətləndirən sorğu kitabçasını doldurmaq istənilib. Bu şəxsi xüsusiyyət insanın cəmiyyətdəki iyerarxiyaya olan münasibətilə əlaqəlidir. SDO şkalası üzrə yüksək bal toplayanların böyük qismi avtoritar və irqçi baxışlara malik insanlardır. İştirakçılardan həmçinin aktual mövzular barədə danışmaları xahiş edilib. Mövzular arasında sərt miqrasiya nəzarəti və qaraçıların deportasiyası yer alıb.

Araşdırmaçılar güman edirlər ki, identik əkizlərin siyasi baxışları qeyri-identik əkizlərdən fərqli olaraq yaxın olsa, bu, siyasi əqidənin genetik əsasını təsdiq etmiş olacaq. Bu ondan irəli gəlir ki, birincilərin genləri üst-üstə düşür, digərlərində isə yarımçıq qalır.

Alimlər genomun insanların birbaşa siyasi baxışlarını müəyyənləşdirməsini iddia etmirlər. Bu daha çox insanların doğularkən hər hansısa siyasi baxışlara daha meyilli olmasını göstərir. Bununla belə, zamanla onlar özləri kimi insanlarla görüşməyə başlasalar, bu tendensiya güclənə bilər.  

Son xəbərlər

Orphus sistemi