​İranda idman sahəsinə qoyulan qadağalardan biri götürüləcək

​İranda idman sahəsinə qoyulan qadağalardan biri götürüləcək Ölkənin qadınlardan ibarət voleybol üzrə yığma komandasına əcnəbi məşqçi də gətiriləcək
Maraqlı
14 Aprel , 2015 09:58
​İranda idman sahəsinə qoyulan qadağalardan biri götürüləcək

Bakı. 14 aprel. REPORT.AZ/ İran Voleybol Federasiyası prezidentinin müavini vəzifəsinə qadın təyin olunub.

"Report" xəbər verir ki, bu haqda İran KİV məlumatı yayıb.

Yeni müavin keçmiş idmançı Zöhrə Mirsepasidir. O,1987-1991-ci illərdə "Xarəzmi" voleybol klubunda çıxış edib. "Ölkəmizdə qadınlarla bağlı porblemləri həll etmək üçün üç mərhələli bir layihə ərsəyə gətirdik. İranda qadın voleybolunun inkişaf edərək, Asiyada kişi idmançıların səviyyəsinə çatmasını istəyirəm", - o, vurğulayıb.

Federasiya rəhbərliyində edilən dəyişikliklə yanaşı, ölkənin qadınlardan ibarət voleybol üzrə yığma komandasına əcnəbi məşqçi də gətiriləcək.

Qeyd edək ki, İranda qadınlara stadionlarda və idman zallarında bəzi idman oyunlarını izləməsinə qoyulacaq qadağanın aradan qaldırılması məsələsinə baxılması nəzərdə tutulur.

İranın idman həyatı ilə bağlı başqa xəbərdə isə bildirilib ki, 1979-cu il inqilabından sonra futbol üzrə İran yığmasının kapitanı ilk dəfə xristian, erməni Andranik Teymuryan olub.

Son xəbərlər

Orphus sistemi