Çində 9 yaşlı uşaq binanın xarab liftinin 19-cu mərtəbədən düşməsi zamanı sağ qalıb və heç bir xəsarət almayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Quandun vilayətinin Şençjen şəhərində baş verib.
Qeyd edilir ki, hadisə şagird məktəbdən evə qayıdarkən baş verib. Liftə quraşdırılmış müşahidə kamerası hadisəni qeydə alıb. Görüntülərdən də məlum olur ki, binanın 19-cu mərtəbəsində sakinlərdən biri liftən çıxır və məktəbli liftdə tək qalıb. Bu vaxt lift yüksək sürətlə aşağı düşüb. Məktəbli bundan özünü itirməyib və liftin bütün düymələrini basıb.
Lakin buna baxmayaraq indikator heç nə göstərməyib və kabinə ancaq birinci mərtəbədə dayanıb. Məktəbli çıxış düyməsini basıb və lifti sağ-salamat tərk edib.