Braziliya prezidenti nazirləri paraşütlə tullanmağa məcbur edəcək

Braziliya prezidenti nazirləri paraşütlə tullanmağa məcbur edəcək Braziliya prezidenti Jair Bolsonaru paraşütlə tullanmağa qərar verib.
Maraqlı
1024
25 Dekabr , 2020 05:41
Braziliya prezidenti nazirləri paraşütlə tullanmağa məcbur edəcək
Jair Bolsonaru
0 : 00
0 : 00

Braziliya prezidenti Jair Bolsonaru paraşütlə tullanmağa qərar verib.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə feysbukdakı səhifəsində translyasiya zamanı bildirib.

"Desant qoşunlarında xidmətimin xoş anlarını xatırlamaq istəyirəm", - 65 yaşlı dövlət başçısı etiraf edib. O, bir neçə naziri "komanda ruhunun güclənməsi üçün" hərbi keçmişə qoşulmağa dəvət edib.

Qeyd edilir ki, Braziliya rəhbəri təyyarəyə özü ilə bir neçə naziri də aparmağa qərar verib.

Prezidentin paraşütlə tullanma aksiyasına aparacağı yüksək vəzifəli şəxslər arasında müdafiə, səhiyyə nazirləri, həmçinin ölkə hökumətinin katibliyinin başçısı da var.

"Timbildinq" yanvar-fevral aylarında bazar günlərinin birində insanları işdən ayırmaq üçün keçiriləcək. Bolsonaru artıq tullanmaq üçün təyyarə də seçib. Bu, ölkənin “Embraer” aviaşirkətinin hərbi-nəqliyyat KC-390 təyyarəsi olacaq.

"Embraer"imizin çox gözəl KC-390 təyyarəsindən tullanacağımız gözlənilir”, - dövlət başçısı deyib.

Son xəbərlər

Orphus sistemi