Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?"ın yaz mövsümünün finalında qalib gəlib.
"Report" "Birinci kanal"a istinadən xəbər verir ki, "Brilyant bayquş" və "Büllur bayquş" mükafatlarının qalibi B.Qasımovun komandasının televiziya tamaşaçılarına qarşı oyunu klub tarixindəki yubiley - 500-cü görüş olub.
Bildirək ki, oyunun gedişində B.Qasımovun kapitanı olduğu "bilicilər" hesabda 2:5 geri düşsə də, sonda 6:5 hesabı ilə qalib gəliblər.
Aprelin 21-də keçirilmiş oyunda komandanın heyətində "Büllur bayquş"un üçqat qalibi Dmitri Avdeyenko, "Büllur bayquş"un üçqat qalibi Yuliya Lazareva, iki dəfə "Büllur bayquş" qazanmış Mixail Skipski, ikiqat "Büllur bayquş" sahibi, "Nə? Harada? Nə zaman?" oyununun magistri Yelizaveta Ovdeyenko və bu oyunun sonunda "Büllur bayquş"u qazanan Elman Talıbov (Bakı) yer alıb.