Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq

Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq Sərnişinin şəxsiyyəti avtomatik olaraq müəyyənləşəcək
Maraqlı
23 Yanvar , 2017 12:25
Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Avstraliya hökuməti hava limanlarında pasport yoxlamasını ləğv etməyi və xarici sərnişinlərin kimliyini müəyyənləşdirəcək yüksək texnologiyalı sistem tətbiq etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Sydney Morning Herald" qəzeti yazıb.

Ölkə aeroportlarında ziyarətçilərin üzünü, gözünü və barmaq izlərini skan edəcək avadanlıqlar quraşdıracaq və bu cihazlardan alınmış məlumatlar məlumatlar bazasında yoxlanılacaq.

Sərnişinin şəxsiyyəti avtomatik olaraq müəyyənləşəcək və buna çox vaxt lazım olmayacaq. Avstraliya hökuməti 2020-ci ilə qədər xaricdən gələnlərinin 90 faizinin belə sistemin köməyi ilə yoxlanılmasını istəyir.

Artıq bu istiqamətdə tədbirlər planı hazırlanıb. Bu ilin iyul ayında yeni texnologiyaları paytaxt Kanberranın, noyabrda isə ölkənin digər iri şəhərləri olan Sidney və Melburnun hava limanında tətbiq edəcəklər. Layihə 2019-cu ilin mart ayında başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi