Londonun Kraliça Meri Universitetinin alimləri gəzən planetlərin necə yarandığını kəşf ediblər.
“Report” xəbər verir ki, tədqiqatın nəticəsi “ArXiv” elmi nəşrlər portalında dərc olunub.
Qeyd edilir ki, bu planetlər kosmosda sərbəst hərəkət edən, heç bir ulduzla əlaqəli olmayan planetar kütlə obyektləridir. Onlar zəif tədqiq olunub, çünki həmin planetləri aşkar etmək çox çətindir.
Məlumdur ki, bu planetlər adi şəkildə gənc ulduzların protoplanetar disklərində, yaxud qaz və toz buludlarında yarana bilər. Ulduz sistemlərində peyda olan planetlər müəyyən şərtlər altında orbitlərini tərk edərək kosmosa çıxırlar.
Alimlər yeni elmi işdə planetlərin ulduzlararası məkanda orbitlərini tərk etmələrinin səbəbini anlamaq üçün bir sıra araşdırmalar aparıblar.
Tədqiqatçılar gələcəkdə planetləri kosmosa ən çox çıxaran ulduz növlərini də öyrənmək niyyətindədirlər.