ABŞ-nin Kolorado ştatında yerləşən “Biofire Tech” şirkəti yalnız təsdiqlənmiş istifadəçilər tərəfindən işlənə bilən fərdiləşdirilmiş silahların son ixtirası olan üztanıma texnologiyasına malik ağıllı silahlar üçün sifarişlər qəbul edir.
“Report” xəbər verir ki, bu barədə
“Biofire” tapançasını barmaq izi oxuyucusu ilə də işə salmaq olar, bu, uşaqların təsadüfən atəş açmasının qarşısını almaq, intihar hallarını azaltmaq, silahın tutulmasından qorunmaq və s. üçün nəzərdə tutulmuş bir neçə həssas özəlliklərdən biridir.
9 mm-lik tapançanın ilk hazır versiyaları bu ilin dördüncü rübündə önsifariş edilmiş müştərilərə göndərilə bilər, 1 499 dollarlıq standart modeli isə 2024-cü ilin ikinci rübündə satışa çıxa bilər.
Lakin nümayişlərin birində üztanıma sisteminin nasazlığı və nəticədə silahın işə salınmaması yaraq həvəskarlarının lazımi anda qoruya bilməyən ağıllı silahların texnologiyasına şübhə ilə yanaşmasına səbəb olub.