Vergilər Nazirliyi sahibkarların təkliflərinə 1 ay ərzində baxacaq

Vergilər Nazirliyi sahibkarların təkliflərinə 1 ay ərzində baxacaq Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq.
Maliyyə
3 Aprel , 2018 12:13
Vergilər Nazirliyi sahibkarların təkliflərinə 1 ay ərzində baxacaq

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, vergi ödəyicilərinin təkliflərinin hansı məsələlərlə bağlı olduğunu da açıqlayıb: "Təkliflər əsasən nağdsız ödənişlər, sənədlərin verilməsi, vergi inzibatçılığı, vergi qanunvericiliyi ilə bağlıdır. Bu təkliflərin hər birinə diqqətlə yanaşacağıq. Bir ay ərzində bu təklifləri araşdırıb müvafiq instansiyalara təqdim edəcəyik və parlamentdə büdcə paketi ilə birlikdə baxılacaq".

Son xəbərlər

Orphus sistemi