Türkiyə 174 ölkəyə lirə ilə ixrac həyata keçirib

Türkiyə 174 ölkəyə lirə ilə ixrac həyata keçirib Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərin ümumi dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 9,5% artaraq 15,5 mlrd. ABŞ dollarına yüksəlib.
Maliyyə
1 Dekabr , 2018 13:24
Türkiyə 174 ölkəyə lirə ilə ixrac həyata keçirib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərin ümumi dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 9,5% artaraq 15,5 mlrd. ABŞ dollarına yüksəlib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, beləliklə, ölkə tarixininin ən yüksək noyabr ayı ixracı qeydə alınıb. Bundan əvvəl 2013-cü ilin noyabr ayında 14,2 mlrd. dollarlıq ixracla rekord qeydə alınıb.

Həmçinin bu ilin noyabrında tarix boyu aylıq ən yüksək üçüncü ixrac rəqəmi müşahidə olunub. Qeyd edək ki, ən yüksək aylıq ixrac göstəricisi 2018-ci ilin oktyabr ayında qeydə alınıb. Daha sonra isə mart ayı bu göstərici ilə ikincidir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına əsasən ixrac həyata keçirilən 220 ölkədən 174-nə ixrac lirə ilə reallaşdırılıb. Noyabr ayında lirə ilə ixrac 17,2% artaraq 4,8 milyarda çatıb.

Son 12 aylıq müddətdə isə ixrac 7,8% artaraq 168,1 mlrd. dollar olub. İlk 11 ayda ixrac 7,7% artaraq 154,2 mlrd. dollara çatıb. 

Son xəbərlər

Orphus sistemi