Samir Şərifov: “Deyirlər ki, 1,5 mln. manata kino çəkmək olmaz, amma çəkilir”

Samir Şərifov: “Deyirlər ki, 1,5 mln. manata kino çəkmək olmaz, amma çəkilir” Bakı. 6 noyabr. REPORT.AZ/ “Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı”.
Maliyyə
6 Noyabr , 2018 14:59
Samir Şərifov: “Deyirlər ki, 1,5 mln. manata kino çəkmək olmaz, amma çəkilir”

Bakı. 6 noyabr. REPORT.AZ/ “Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, - deyə o qeyd edib.

Müzakirələrdə iştirak edən deputat Elmira Axundova isə bildirib ki, ölkədə kino sahəsinin inkişafına ayrılan vəsaitin məbləği gülüş doğurur: “Hazırda qonşu ölkələrdə kino sahəsinin inkişafı üçün qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, tarixi, hərbi mövzulara dair filmlər azdır. Bunun əvəzinə televiziya efirini xəcalət hiss doğuran filmlər zəbt edir”. 

Son xəbərlər

Orphus sistemi